Tədqiqatlara görə, bir sadə ədviyyat arıqlamağınıza kömək edə bilər. Foodinfo.az Ferra.ru-ya istinadən xəbər verir ki, bunu yeməklərinizə əlavə etməyə dəyər.
Söhbət pul bibərdən gedir. Onun tərkibində aktiv tərkibli kapsaisin var. Bəzi araşdırmalar, acı bibərin tərkibindəki kapsaisin ilə bədəndə artan istilik istehsalı arasında əlaqə olduğunu göstərir. Bu, qısa müddət ərzində maddələr mübadiləsini bir qədər sürətləndirməyə imkan verir ki, bu da kilo verməyə səbəb olur.
Qeyd edək ki, bu yaxınlarda aparılan bir meta-analiz, həmçinin kapsaisin əlavəsinin bədən kütlə indeksi, bədən çəkisi və bel çevrəsinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələndiyini aşkar edib.