Terapevt və qidalanma mütəxəssisi İdris Muqal deyib ki, şirin soda arıqlamağa kömək edir.

Foodinfo.az xəbər verir ki, o, “Surrey Live” ilə söhbətində içkinin gözlənilməz faydaları barədə danışıb. Həkimin sözlərinə görə, dadlandırıcılarla sodanın faydası elmi təcrübə zamanı sübuta yetirilib. Təcrübənin iştirakçıları bir il limonad içib və yalnız su içənlərdən üç dəfə çox arıqlayıblar. Həkim vurğulayıb ki, müasir insanlar pəhrizlərinə və çəkilərinə nəzarət etməkdə çətinlik çəkirlər. Buna görə də yüksək kalorili şirniyyatlara meyilli olmamaq üçün bəzən şəkərsiz şirin içkilər içməyi məsləhət görülür.