2022-ci ilin I yarısında Azərbaycan kartof ixracını 14,8%, idxalını isə 3,6% azaldıb. Foodinfo.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan $35 milyon 59,15 min dəyərində (azalma 12%) 78,156 min ton kartof (azalma 14,8%) ixrac edib. İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-iyun aylarında bu ölkəyə $33 milyon 384,15 min dəyərində (azalma 12,8%) 73,532 min ton kartof (azalma 13,5%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 93,9%-i RF-nin payına düşüb. I yarımillikdə Azərbaycana $26,308 milyon dəyərində (artım 1,7%) 100,051 min ton kartof (azalma 3,6%) idxal edilib. Azərbaycana kartofun əsas tədarükçüsü İran olub. Bu ölkədən $8 milyon 932 min dəyərində 36,128 min ton, Türkiyədən $7 milyon 669 min dəyərində 30,62 min ton, Pakistandan $7 milyon 3666 min dəyərində 24,555 min ton kartof idxal edilib. 2021-ci ildə Azərbaycan $40 milyon 777,41 min dəyərində 92,343 min ton kartof ixrac edib.