Azərbaycan 2022-ci ildə 2 090,0 ton marqarin, qida üçün yararlı digər qarışıqlar ixrac edib.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

Ötən il ölkədən ixrac edilmiş bu məhsulların miqdarı 2021-ci illə müqayisədə 32,3 % azalıb.

Azərbaycandan 2022 ildə ixrac edilmiş marqarin, qida üçün yararlı digər qarışıqlarının dəyəri isə 8,4 % azalaraq 4 012,7 min ABŞ dollarına düşüb.