Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumi dəyəri 47 milyon 750 min ABŞ dolları dəyərində 187 min 944 ton buğda idxal edilib. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk rübündə Azərbaycana idxal edilən buğdanın dəyəri 32%, həcmi isə 13,5% artıb. Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,89%-nə bərabər olub. Azərbaycana düyü idxalı yanvar-martda 8% artıb Bu ilin I rübündə Azərbaycana ümumi dəyəri 10 milyon 727 mon  ABŞ dolları olan 15 min 559 ton düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk üç ayında Azərbaycana idxal edilən düyün dəyəri 17,3% həcmi isə 8% artıb. Hesabat dövründə düyü idxalının ölkənin ümumi idxalındakı payı 0,4%-ə bərabər olub.