Azərbaycanda 2022-ci ildə 8 034,9 ton qaymaq və xama məmulatları istehsal olunub.

Foodinfo.az Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən xəbər verir ki, 2021-ci illə müqayisədə bu, 12 % azdır.

Hesabat dövründə ölkədə bu məhsul üzrə hazır məhsul ehtiyatı olmayıb.