Azərbaycandakı iri taxılçılıq təsərrüfatlarında intensiv texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etmək olur. Taxıl istehsalçılarının assosiasiya şəklində biləşərək iri təsərrüfat formasında fəaliyyət göstərməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması istiqamətlərində işlər görülür. Bunu  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib. O, həmçinin bildirib ki, əhalinin ərzaq buğdasına olan tələbatın ödənilməsi ilə yanaşı, fermer təsərrüfatlarının da taxılla yerli istehsal hesabına tam təmin edilməsi qarşıya məqsəd qoyulub. "Azərbaycanın torpaq ehtiyatları çoxdur. 1 mln. hektara yaxın ərazidə taxıl əkilib. Amma əsas məqsədimiz əkin sahəsini deyil, hər hektardan məhsuldarlığı artırmaqdır. Güman edirik ki, bu il bol məhsulumuz olacaq", - deyə o, əlavə edib.   (REPORT)