B3 vitamini (niasin və ya nikotinik turşu) bədənimiz üçün vacib olan su­da həll olunan bir vitamindir. Enerji istehsalında, sinir sisteminin işləməsində və dəri sağlamlığında mühüm rol oynayır.

Foodinfo.az B3 vitamininin ən çox olduğu mənbələri təqdim edir:

1. Ət məhsulları

- Toyuq döş əti

- Mal əti

- Qaraciyər (xüsusilə mal və toyuq qaraciyəri)

Bu qidalar həm də yüksək keyfiyyətli zülal mənbəyidir.

2. Balıq

- Ton balığı

- Somon 

- Skumbriya 

Balıqlarda həm niasin, həm də omeqa-3 yağ turşuları var.

3. Qoz-fındıq və toxumlar

- Yer fındığı 

- Günəbaxan tumu

- Küncüt və çia toxumu

4. Tam taxıl məhsulları

- Yulaf

- Kəpəkli çörək

- Qəhvəyi düyü

- Bulqur və kinoa

Rafinə olunmuş (ağ) un məhsullarında B3 vitamini çox azdır, çünki təmizləmə zamanı lif və vitaminlər itir.

5. Yumurta və süd məhsulları

Az miqdarda niasin ehtiva etsə də, B3 vitamini öncülləri olan triptofan adlı amin turşusu ilə zəngindir. Bədən bu maddədən niasin sintez edə bilir.

6. Paxlalılar və tərəvəzlər

- Quru lobya

- Noxud

- Mərci

- Kartof

- Brokoli

- Göbələk

Xüsusilə vegeterianlar üçün əhəmiyyətli mənbələrdir.