İnsanlar bayramlarda aldıqları çəkiləri kompensasiya etmək üçün pəhriz saxlamağa məcbur olurlar. 

Foodinfo.az bayramlarda fit qalmaq üçün bəzi məsləhətləri sizə təqdim edir:

Bayram tətilləri hər kəs üçün ilin ən sevimli hissəsidir. Sevdiklərinizə baş çəkə bilirsiniz, dərsə və işə getmirsiniz, yeyə biləcəyiniz çoxlu dadlı yeməklər yeyirsiniz. Amma təəssüflər olsun ki, bayramlardan sonra bir çox insanlar bayram günlərində qazandıqları çəkiləri kompensasiya etmək üçün pəhriz saxlamağa məcbur olurlar.

Tətildə çəki almamaq üçün bir az məşq edin.

Əlbəttə ki, məşq etmək bayramda etmək istədiyiniz ən son şeydir, lakin fitnes ailə və dostlarla əylənmək və artıq çəkidən qorunmaq üçün əla vasitədir. Bu problemi gəzinti, dırmaşma, ailə qaçışı və ya ailə futbolu və top oyunu ilə də həll edə bilərsiniz.

Fit qalmaq üçün tətildə daha az yeyin.

Çox vaxt bayramlarda yediyimiz yeməyin miqdarını itiririk. Boşqablarımızı bir-birinin ardınca doldururuq və gün ərzində çoxlu yemək çeşidi olduğu üçün bədəninizə gətirdiyiniz kalori miqdarına nəzarət etmək çox çətinləşir. Boşqabınızı yenidən doldurmazdan əvvəl ara verin və özünüzdən həqiqətən nə istədiyinizi soruşun. Az miqdarda şirniyyat və ya yemək götürüb yavaş-yavaş yemək və daha çox yemək yeməzdən əvvəl gözləmək və mədənizi dinlətmək, toxluq hiss edirsinizsə, yeməyi dayandırmaq lazımdır.

 İçkilərdəki kaloriləri də unutmayın!

 İçkilərin çoxlu kalorisi var. Bu içkilər toxluq hissi yaratmadan orqanizminizə çoxlu kalori qazandırır. İçki istehlakında daha diqqətli olmalı və mümkün qədər bu içkilərin əvəzinə çox su içməlisiniz. 

Formda qalmaq üçün özünüzə qulluq edin. Sağlam qalmaq ilin hansı vaxtından asılı olmayaraq hər gün prioritetiniz olmalıdır.

Şəbnəm