Xərçəngə səbəb olan məhsullar açıqlanıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 


Qeyd olunur ki, bəzi məhsullar orqanizmdə xərçəngin formalaşmasına səbəb olur. Məsələn qazlı içkilər yüksək miqdarda şəkər tərkiblidir ki, bu da bir növ xərçəngin yanacağıdır. 


Qızardılmış qırmızı ət nə qədər dadlı olsa da, elm adamları ətin bişdiyi yüksək temperaturun ətin tərkibində dəyişikliklər edərək xərçəngə səbəb olan hidrokarbonlar istehsal etdiyini kəşf ediblər. 


Popkorn – mikrodalğalı sobada hazırlanan popkornun tərkibindəki diasetil ona xüsusi dad verir. Ancaq bu maddələr istiliyə məruz qaldıqda zəhərli hala çevrilir. Konservləşdirilmiş qidalar, xüsusilə pomidorlar xərçəng baxımından təhlükə yaradır.

Leyla