Mərkəzi və Şərqi Avropanın beş ölkəsinin liderləri Avropa Komissiyasını onların ərazisində yaranmış taxıl və digər Ukrayna ərzaq məhsullarının artıqlığı ilə bağlı tədbirlər görməyə çağırıb.
 

Foodinfo.az xəbər verir ki, bu barədə Associated Press yazıb. 

“Biz Avropa Komissiyasını humanitar ehtiyaclar üçün Ukrayna ilə həmsərhəd olan Aİ-yə üzv ölkələrdən yığılmış taxılı almaq imkanlarını araşdırmağa çağırırıq”, - deyə xəbərdə bildirilir. 

Qeyd edək ki, müvafiq müraciəti Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan rəhbərləri imzalayıblar. 


Sözügedən ölkələr AK-yə nəqliyyat infrastrukturunun inkişafı məqsədilə maliyyə dəstəyi çağırışını da yeniləyiblər.

Nurlan