Alimlərin fikrincə, süd beyin fəaliyyətini yaxşılaşdıran, bununla da qocalma prosesini yavaşladan ən faydalı içkidir.
Foodinfo.az xəbər verir ki, ahıl yaşda olan 60 nəfərin iştirakı ilə aparılan elmi təcrübə bu məhsulun beyin üçün xüsusi faydalarını sübut edib.
Könüllülər iki qrupa bölünüb: hər gün bir qayda olaraq süd içənlər və buna əhəmiyyət etməyənlər.
Məlum olub ki, müntəzəm olaraq süd içən insanların beyin fəaliyyəti daha yüksəkdir. Bu, südün tərkibindəki bəzi komponentlərin təsirindəndir. Onlar insan orqanizminə daxil olduqda qlutationun yaranmasına səbəb olur. Bu maddə isə yaşla bağlı dəyişiklikləri və beyin xəstəliklərini ləngidə bilən turş mühitin formalaşması ilə bilavasitə əlaqəlidir.
Həkimlər hesab edirlər ki, bədəndə qlutation konsentrasiyasını yüksək səviyyədə saxladıqda zehni qocalma proseslərini ləngidə, bununla da ömrünüzü uzada bilərsiniz.