Bitki çaylarını içərkən bir sıra məqamlara diqqət etmək vacibdir, çünki hər çayın tərkibi və təsiri fərqlidir. Foodinfo.az xəbər verir ki, bitki çayları düzgün istifadə edilmədikdə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər:

Belə çaylarının həddindən artıq istehlakı qaraciyər və böyrəklərə yük gətirə bilər. Gündə 2-3 fincan içmək kifayət edir.  

Hamilə qadınlar və ya xüsusi xəstəlikləri olanlar (məsələn, hipertoniya, diabet) bitki çayı içməzdən əvvəl həkimlə məsləhətləşməlidir.  

İlk dəfə yeni bir çay sınayarkən allergik təsirlərə diqqət edin. Məsələn, bəzi insanlar zəncəfil və ya nanəyə həssas ola bilər.  

Çayları qaynar suda uzun müddət dəmləmək tərkibindəki bəzi zərərli maddələrin artmasına səbəb ola bilər. Təlimatlara uyğun dəmləyin.  

Keyfiyyətsiz və kimyəvi maddələrlə zəhərlənmiş bitkilərdən çay hazırlamaq zərərli ola bilər. Həmişə etibarlı mənbələrdən alın.  

Fərqli bitki çaylarını birləşdirərkən təsirlərini araşdırın. Bəzi qarışıqlar mənfi reaksiya yarada bilər.  

Bitki çaylarından maksimum fayda əldə etmək üçün onları ölçülü və düzgün formada istehlak etmək əsasdır.