Şəkərin həddindən artıq istehlakı sağlamlıq üçün ciddi təhlükələr yaradır və ömrü qısaldan əsas amillərdən biri hesab olunur. 

Foodinfo.az xəbər verir ki, şəkər orqanizmdə artıq çəkiyə, piylənməyə və insulin müqavimətinə səbəb olur ki, bu da diabet, ürək-damar xəstəlikləri və yüksək təzyiq riskini artırır. 

Bundan əlavə, şəkər hüceyrələrdə oksidləşdirici stresi artıraraq erkən yaşlanmaya və xroniki xəstəliklərin inkişafına səbəb olur. 

Beyin fəaliyyətinə mənfi təsir edərək yaddaşın zəifləməsinə və depressiya riskinin artmasına yol açır. 

Şəkərin miqdarını azaltmaqla həm sağlamlığı qoruya, həm də ömrü uzada bilərsiniz.