Qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux yemək zamanı qəhvə və çay içməyin icazəli olmasından danışıb.
Foodinfo.az bildirir ki, ekspert URA.RU-ya müsahibəsində elmi nöqteyi-nəzərdən bu içkiləri yemək zamanı içmək üçün heç bir əks göstəriş olmadığını bildirib.
Eyni zamanda, mütəxəssisin fikrincə, mədə-bağırsaq traktının xroniki xəstəlikləri və ya sümük problemi olanlara yeməklə qəhvə içmək tövsiyə edilmir.
Anemiyadan əziyyət çəkən adamın yemək zamanı çay içməsi məsləhət deyil.
Tərkibində dəmirin normal udulmasına mane ola bilən bitki tanninləri, taninlər var, qastroenteroloq əlavə edib.