“Walmart” korporasiyası bitkiləri əsl arılar kimi tozlandıra bilən avtonom robot-arıları patentləşdirib.
Dronlar bitkilərin çiçəkləndiyi yerlərin aşkarlanması üçün sensor və kameralardan istifadə edərək tozcuqları bir bitkidən digərinə daşıyacaq. Görünür ki, “Walmart” kənd təsərrüfatına keçməyə və qida məhsulları üzərində nəzarəti gücləndirməyə hazırlaşır.
Qeyd edək ki, “Walmart” robot-arıların hazırlanması ilə məşğul olan ilk təşkilat deyil. Son illərdə alimlər nəticədə insanların istehlak etdiyi bütün məhsulların üçdə birini tozlandıran arıların azalmasının qarşısını almaq yollarını axtarırlar. Harvard Universitetinin tədqiqatçıları ilk robot-arıları 2013-cü ildə təqdim ediblər. Hazırda onlar uça, səth üzərində otura və suda üzə bilir. Lakin onlardan fərqli olaraq, “Walmart” şirkətinin patentində təsvir edilmiş robot-arılar məsafədən idarə ediləcək və tozcuqların avtomatik aşkarlanması imkanına malik olacaq. (AZƏRTAC)
Son xəbərlər
- Qışda hər gün naringi yemək üçün səbəblər
- Moruq qan təzyiqini tənzimləyir
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Diş məcununun bədənə mənfi və müsbət təsiri
- Qəhvənin sağlamlığa faydaları nələrdir?
- Sağlamlıq üçün istehlak edilməli olan tərəvəz və meyvələr