Depresiyaya qarşı mübarizədə bəzi qidalar böyük rol oynayır. Bu qidalar beyindəki kimyəvi balansı tənzimləyərək əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Foodinfo.az xəbər verir ki, somon, skumbriya və sardina kimi yağlı balıqlar omega-3 yağ turşuları ilə zəngindir. Omega-3 yağ turşuları beynin funksiyasını yaxşılaşdırır və depressiya simptomlarını azaldır.

Qoz, fındıq və badam kimi çərəzlər maqnezium və antioksidantlarla zəngindir. Maqnezium stres və gərginliyi azaltmağa kömək edir.

Tünd şokolad serotonin səviyyələrini artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. Həmçinin, antioksidantlarla zəngindir.

Ispanaq, kələm və brokkoli kimi yaşıl yarpaqlı tərəvəzlər də folat və dəmir ehtiva edir. Folat çatışmazlığı depressiya ilə əlaqəli ola bilər.

Qatıq və kefir kimi probiotiklə zəngin qidalar bağırsaq sağlamlığını dəstəkləyir. Bağırsaq-beyin əlaqəsi əhval-ruhiyyəni tənzimləməkdə vacibdir.

Bu qidaları gündəlik qidalanma planınıza daxil edərək depresiya ilə mübarizədə təbii bir dəstək əldə edə bilərsiniz.