Florida ştatından olan Kristal Qeyl Emerson zəhərlənmə şübhəsi ilə təcili yardıma müraciət edib və nəticədə dünyaya uşaq gətirib. Aamerikalı qadın Çin restoranında yediyi toyuqdan zəhərləndiyini düşünərək təcili yardım çağırıb. Ancaq həkimlər ona bildirib ki, onun doğuş sancıları tutub. Məlumata görə, qadın hamiləliyindən xəbərsiz olub. Martın 26-da qarnındakı sancılar və ürəkbulanma ilə ayılan qadın sancıları artıdğı üçün təcili yardım çağırıb. Qadın təcili yardım avtomobilində uşaq dünyaya gətirib və onun oğlu olub. Qadın oğluna Oliver adını verib. Buna qədər onun bir övladı da olub. Qadın qeyd edib ki, əvvəl ki, hamiləliyində də heç bir simptom olmayıb: "Mənim bədənim keçən dəfə də dəyişməmişdi və mən səhərlər özümü pis hiss etmirdim". Qadın qeyd edib ki, o bir daha Çin yeməyi yeməyəcək. Çünki bu qida ona mənəvi zədə vurub və qadına daha belə yeməklərə baxa bilmir. Həkim Culi de Sezare açıqlamasında qeyd edib ki, qadınlar bəzən hamiləliyi haqqında doğuşa bir neçə saat qalmış da xəbər tuta bilir və o 20 illik təcrübəsində 3 dəfə belə halla qarşılaşıb. (Sputnik Azərbaycan )