Ötən gün səhər saatlarında Ağsuda mərkəzi bazarının yanında yerləşən çörəkbişirmə sexində yanğın olub. Yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb. Xəsarət alan olmayıb. Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq. (Xezerxeber) https://www.youtube.com/watch?v=P5vurvbKoxM