Bir çox insanlar  metabolizma sürətləndirən və sağlam arıqlamaq üçün rahat başa gələn yeməkləri, məhsulları ilə maraqlanırlar. Tanınmış dietoloq Vüsalə Tağıyeva Foodinfo.az-a açıqlamasında evə lazım olan faydalı qida məhsulları haqda məlumat verib. Dietoloq Dr. Vüsalə Tağıyeva adlı şəxsin şəkli. Dietoloq bildirib ki, aşağıda qeyd olunan qida məhsullarını hərə öz büdcəsinə uyğun ala bilər: 1. Faydalı yarma məhsulları. Yulaf - az yastılaşdırılmış yarma seçin çünki tərkibində daha çox faydalımaddələr mövcuddur. Yabanıdüyü, pərinc (dadı ilə arpa yarmasına bənzəyir, ancaq daha incədir). Bu yarmalar sadəcə liflər və fitonutrient mənbəyi deyil həmçinin düzgün faydalı səhər və günorta yeməyidir. 2. Çia toxumları. Bu toxumları ət yeməklərinə, salatlara, süd məhsullarına, sıyığlara və bal+laym+sudan olan faydalı kokteylə əlavə etmək olar. 3. Balıq və dəniz məhsulları. Bu məhsullar yod, sink, manqanı, mis və asan həzm edilə bilən zülalların mənbəyidir. Balığı sobada bişmiş və tərəvəzlə yemək daha faydalıdır. PS: balıq bahalıdır deməyin, kilkədə çox faydalıdır və büdcəyə uyğundur. 4. Meyvə, tərəvəzləri həm sobada bişmiş və ya salatlarda istifadə etmək olar.  Alma, armudları kəsmiklə doldurub sobada bişirərək çox dadlı desertedə bilərsiniz. 5. Faydalı atışdırmalıqlar. Dəniz kələmindən çipslər (dəniz kələmi və yosundan kəpəklər). Kətanlı kələmli balaca çörəklər. 6. Bitki çayları. Moruq, qarağat yarpaqlarından, qızılgül, kəklikotu və s. otlardan çaylar gümrahlıq və təravət bəxş edəcək. 7. Şirniyyat əvəzi Çayla içməyə topinambur cemi (pektin, inulin və prebiotik mənbəyidir) və şəkər əlavə olunmamış başqa təbii məhsullar. Quru meyvələr istifadə edə bilərsiniz