Dünyada adambaşına düşən ərzaq xərclərinin həcmi ildən-ilə durmadan artır. Foodinfo.az bu barədə Ukrayna KİV-ə istinadən məlumat verir. 
Əhalinin xərcləri arasında qidaya sərf etdiyi vəsaitin həcmi 2019-cu ildə 24,6 faiz, 2020-də 25,8 faiz, 2021-ci ildə isə 25,5 faiz olub. Bu isə o deməkdir ki, planetimizin adi bir sakini 2019-cu ildə qidalanmasına 1387, 2020-ci ildə 1428, 2021-ci ildə isə 1686 dollar vəsait ayırmalı olub. Sözügedən statistika ümumilikdə dünyanın 104 ölkəsi üçün qüvvədə olub. 

Qeyd edək, dünyanın ən inkişaf etmiş ölkələrindən sayılan ABŞ-də 2019-2021-ci illərdə qida xərclərinin nisbəti 6,2 faizdən 6,7 faizə yüksəlib.
Almaniya üçün isə müvafiq rəqəm 10,8 faizdən 12 faizə yüksəlib.

Nurlan