Uşaqlıqdan bizə ədviyyatlı yeməklərin sağlamlığa mənfi təsir göstərdiyi deyilir. Ancaq eyni zamanda mağazalarda da çoxlu ədviyyatlar satılmağa davam edir.
Foodinfo.az Rusiya KİV-ə istinadən “ədviyyatlı qidalar zərərlidirmi?” sualına cavab axtarır.
Rusiyalı həkim Andrey Yakuşevin sözlərinə görə, çox zaman ədviyyatlı yeməklərin qastrit və xoraya səbəb ola biləcəyi iddia olunur. Həkim qeyd edib ki, bu versiya həqiqətdən uzaqdır. 
“Bu cür məhsulları yedikdən sonra narahatlıq və spazmlar hiss edirsinizsə, bu, sırf reflektor fəaliyyətdir”, - deyə A.Yakuşev bildirib.

Fərid