
Həkim Elena Malışeva bütün giləmeyvələrdən ən faydalısını adlandırdı. Bu qarağatdır. Onun hansı xəstəliklərdən qoruya biləcəyi “Sağlam yaşa!” verilişinin efirində müzakirə olunub. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, kardioloq Herman Qandelmanın fikrincə, qara qarağat bağırsaqların fəaliyyətinə faydalı təsir göstərir. Peristaltikanı təşviq edir - tərkibində bədən tərəfindən udulmayan qaba pəhriz lifi var.
İmmunoloq Andrey Prodeus isə qeyd edib ki, qarağat bədəni eyni anda üç növ xərçəngdən qorumağa qadirdir.
"Orada ağciyər xərçəngi, özofagus xərçəngi və dəri xərçəngi riskini azaldan antosiyaninlər var - üç növ xərçəng üçün dəlil var" - deyə həkim bildirib.