Diyetoloq və arıqlama mütəxəssisi Maria Siroş ən zərərli səhər yeməyindən danışıb.

Foodinfo.az xəbər verir ki, ekspert “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, bəzi məşhur səhər yeməyi qanda qlükozanı çox artırır və bu, çoxlu sayda xəstəliyin səbəbidir.

Mütəxəssisin fikrincə, səhər yeməyi üçün qarğıdalı, darı sıyıqlarından çox istifadə etmək olmaz. Həmçinin kartof və ağ düyü, çörək, xəmir məmulatları, şəkər zərərlidir.

Ekspert səhər yeməyində sevilən kruasan haqqında da danışıb. O, bildirib ki,  səhər yeməyində un və şəkər birləşməsi olan bu qidadan istifadə etməmək daha yaxşıdır.

“Bəziləri soruşa bilər ki, fransızlar bunu hər gün yeyir. Qeyd edim ki, fransızların tam fərqli yemək tərzi var və gün ərzində yedikləri hər şeyi nəzərə alsaq, səhər yeməyi üçün kruassan onlar üçün daha az zərərlidir”, - deyə ekspert bildirib.

Nurlan