Britaniya və Braziliya alimləri uzunmüddətli araşdırmada belə nəticəyə gəliblər ki, emal edilmiş qırmızı ət yemək yaddaş pozulması inkişaf riskini artırır.

Foodinfo.az xəbər verir ki, psixiatr Nadejda Solovyova bu barədə 360.ru-ya açıqlama verib. Qeyd edib ki, kolbasa özü bu xəstəliyə səbəb olmur, lakin tərkibindəki maddələrin həddindən artıq istehlakı yaddaş pozulması ilə nəticələnə bilər.

Mütəxəssis onu da əlavə edib ki, soya zülalı da qeyd olunan xəstəliyin inkişaf riskinin artmasına səbəb olur. Belə ki, tərkibindəki amin turşusu artıqlığı beynimiz üçün zərərlidir.

Nurlan