Ət alarkən ətin rənginin parlaq, təbii olmasına və tünd olmamasına diqqət edilməlidir.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ətin və sümüyün birləşdiyi yerdə anormal qoxu olmamalıdır, çünki bu hissədə qeyri-təbii qoxunun olması ət karkasındakı dərin pozğunluğun əlamətidir.
Ət çox sərt və ya yapışqan və yumşaq olmamalıdır.
Alınan məhsulun mütləq baytarlıq möhürü olmalıdır. Həmçinin mağazalarda qablaşdırılan ətlər soyuducuda saxlanmalı və istehsaldan sonra müəyyən müddət ərzində satılmalıdır. Alarkən istehsal tarixini və son istifadə tarixini bilmək üçün üzərindəki etiketə diqqət etməlisiniz.
Heç bir halda mağazalarda qiymə hazır təklif olunmamalı və bu, yalnız müştərinin istəyi və onun iştirakı ilə, maşının düzgün yuyulması kimi bütün sağlamlıq məsələlərinə riayət olunmaqla edilməlidir.
İstehsal və son istifadə tarixi, baytarlıq lisenziya kodu, istehsal yerinin ünvanı və saxlama şəraiti istehlakçıların ət alarkən diqqət etməli vacib olan nüanslardır.