Rusiya Federasiyasının Həştərxan vilayətindən Azərbaycana 20 tondan çox dondurulmuş balıq göndərilib.

Foodinfo.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, məhsul laboratoriya sınaqları nəticəsində baytarlıq və sanitar baxımından təhlükəsiz sayılıb.