İspaniyada meyvə və tərəvəz qiymətlərindəki artım oğurluq hallarının sayını artırıb. Foodinfo.az “Business İnsider”ə istinadən xəbər verir ki, insanlar sözügedən məhsulları tarla və bağlardan oğurlayırlar. 

Nəşr qeyd edir ki, ölkədə enerjidaşıyıcılarının yüksək qiymətləri və logistika problemləri meyvə və tərəvəzlərin qiymətində artıma səbəb olub.

Təkcə İspaniyanın Andalusiya bölgəsinin Uelva əyalətində son bir neçə gündə 3 tondan artıq fermer məhsulları oğurlanıb.

Leyla