Limonu kəsilmiş halda soyuducuda saxlamaq mümkündür, lakin bunun üçün müəyyən qaydalara əməl etmək lazımdır. 

Foodinfo.az xəbər verir ki, açıq halda saxlanılan limon tez quruyur və dadını itirir, üstəlik bakteriyaların yayılması üçün əlverişli mühit yaranır. Buna görə kəsilmiş limonun səthini örtmək vacibdir.  

Ən yaxşı üsul limonun kəsilmiş hissəsini plastik qabla örtmək və ya qida streçinə bükməkdir. Bu, nəmin saxlanmasını təmin edir və limonu təzə saxlayır. 

Soyuducudakı kəsilmiş limonu maksimum 2-3 gün ərzində istifadə etmək məsləhətdir, çünki daha uzun müddət saxlanıldıqda dadını və qida dəyərini itirə bilər. 

Əgər limonu uzun müddət saxlamaq istəyirsinizsə, onu sıxıb şirəsini dondurmaq daha yaxşı bir seçimdir.