Böyük Britaniyadan olan aşpaz mükəmməl şorbanın düsturunu açıqlayıb. Foodinfo.az xəbər verir ki, bu barədə Daily Mirror yazır.

Phil Biacci aşpaz, kulinariya mütəxəssisi və zeytun yağları və ənənəvi souslar satan The Gift of Oil şirkətinin təsisçisidir. Onun sözlərinə görə, şorba üç əsas elementdən ibarət olmalıdır. Bulyon, tərəvəz və süd məhsulları.

Əgər bu üç əsas inqrediyent varsa, yaxşı, zəngin şorbaya sahib olacağına zəmanət verilir. Mütəxəssis, həmçinin hazır reseptlərlə məhdudlaşmamağa, yemək prosesində təxəyyül nümayiş etdirməyə və məhsulların müxtəlif kombinasiyaları ilə sınaq keçirməyə çağırıb.