Terapevt Anastasiya Lozikova soyuq havalarda zəncəfilli çayın faydalarından danışıb. Foodinfo.az xəbər verir ki, ekspert RIAMO-ya müsahibəsində soyuqda əsas köməkçilərin zəncəfil, darçın, zirə, razyana, rozmarin, keşniş, bal olduğunu deyib.
Mütəxəssisin sözlərinə görə, bu məhsullar maddələr mübadiləsini sürətləndirir ki, bu da bədən istiliyinin bir qədər artmasına səbəb olur.
Lozikovanın qeyd etdiyi kimi, zəncəfil soyuqdəymə ilə effektiv mübarizə aparır, beyin və ürəyin işinə müsbət təsir göstərir, həmçinin əhval-ruhiyyəni yaxşılaşdırır.