Ultra işlənmiş qidalar (hazır yeməklər, qazlı içkilər, paketlənmiş şirniyyatlar və s.) sağlamlığa ciddi zərər yetirir və bəzi mütəxəssislər onları siqaret qədər təhlükəli hesab edirlər. 

Foodinfo.az xəbər verir ki, bu qidalar yüksək miqdarda şəkər, duz, trans yağlar, süni qatqılar və konservantlarla zəngindir ki, bu da piylənmə, ürək-damar xəstəlikləri, diabet və həzm problemlərinə yol açır. 

Araşdırmalar göstərir ki, ultra işlənmiş qidalar iltihab proseslərini artıraraq xərçəng və erkən ölüm riskini yüksəldir. Eynilə siqaret kimi bu qidalar da asılılıq yaradır və qidalanma balansını pozur. 

Həm siqaret, həm də ultra işlənmiş qidalar həyat keyfiyyətini aşağı salır və xroniki xəstəliklərə səbəb olur. 

Sağlamlıq üçün təbii qidalara üstünlük vermək və ultra işlənmiş məhsulları məhdudlaşdırmaq vacibdir.