Qida təhlükəsizliyini təkcə tərkib deyil, həm də qidanın istehsal olunduğu müəssisənin keyfiyyəti də təmin etməlidir. Bu sözləri Bakı şəhər sakini Şəhla Həsənli deyir. O əlavə edir ki, mağazalardan keyfiyyətli olduğunu düşündüyü qidalar alsa da, yenə də keyfiyyətdən tam əmin ola bilmir: “Keyfiyyətə əmin olmaq üçün qablaşmanın üzərinə yazılı tərkiblə tanış oluram və insan sağlamlığına zərər verməyən qidaları alıram, amma məni narahat edən məqam odur ki, bu qidalar hansı şəraitdə hazırlanır, hansı formada qablaşdırılır. Həmin zavodun, fabrikin steril, əl dəymədən avtomatlaşdırılmış sistemlə istehsalat apardığına əmin ola bilmirəm. Bu məsələ məni düşündürən əsas məqamdır”. Şəhla xanımın şikayətindən yola çıxaraq apardığımız araşdırma göstərdi ki, zavod və fabriklərin təhlükəsiz istehsalat həyata keçirdiyinə zəmanət verən yerli və beynəlxalq sertifikatlar mövcuddur. Beynəlxalq Sertifiaktlara Qlobal Qida Təhlükəsizliyi Təşəbbüsünün HACCP – Qida təhlükəsizliyinə dair riskli və kritik nöqtələrin təhlili konsepsiyası, MSC – Dəniz məhsulları Təhlükəsizlik Şurası sertifikatı, FSSC 22000 - Qida Təhlükəsizliyi Sistemi Sertifikatı və s. misal göstərmək olar. Qida istehsalatının təhlükəsizliyi sahəsində qəbul edilmiş Alimentarius Kodeksi var. Bu, beynəlxalq ərzaq təhlükəsizliyinə, ərzağın keyfiyyətinə dair kodeksdir. Bu kodeksə uyğunluq varsa, istehlakçılar, satın aldıqları qida məhsulunun təhlükəsiz şəraitdə istehsal olunduğuna və keyfiyyətinə etibar edə və idxalçılar ərzağın keyfiyyətli olacağına əmin ola bilərlər. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. Eyyub Hüseynov bildirdi ki, zavodların beynəlxalq sertifikatlara sahib olmasının,böyük əhəmiyyəti var: “Məhsulların keyfiyyətinə təsir edən çoxsaylı amillər var. Məhsulun tərkibinə qatılan maddələrin keyfiyyətli olması ilə yanaşı, zavodun idarəetmə sistemi, işçi heyətinin işə qəbulu zamanı peşəkarların seçilməsi, ofisin necə qurulması məhsulların keyfiyyətinə təsir edən amillərdən biridir. Bunun hər biri üçün də beynəlxalq qiymətləndirmə sertifikatları mövcuddur. Beynəlxalq sertifikatlar, mübahisəsiz, məhsulların təhlükəsizliyini təmin edən mühüm sənədlərdir. Hansı zavodlarda bu sertifikatlar varsa, bu, o deməkdir ki, həmin məhsulların təhlükəsiz istehsalına dair həmin zavodda ciddi tələblər var. Hansı zavodlarda bu cür beynəlxalq sertifikatlar yoxdursa, həmin məhsulları zəif, istehlakçı üçün arzuolunmayan hesab etmək olar”. Azərbaycan bazarında təklif olunan məhsulların istehsalat keyfiyyətinə dair bazarda liderlik edən şirkətlərin yanaşmasını öyrəndik. Bu məqsədlə suallarımızı Avropanın ən yaxşı zavodlarından birinə sahib və Azərbayan enerji içkiləri bazarının lideri “HELL ENERGY”nin rəsmisinə də ünvanladıq. O dedi: “Biz “HELL ENERGY” olaraq, ən sərt beynəlxalq ərzaq təhlükəsizliyi standartı olan FSSC-22000-ə cavab verən zavodumuzda istehsal etdiyimiz bütün məhsullarımıza zəmanət veririk. Zavodumuz Strateji İstehsalat Mükafatları tərəfindən Avropanın ən yaxşı 3 zavodından biri seçilib və o vaxtdan bəri inkişafına davam etməkdədir. Saatda 120 min qutu doldurma tutumu ilə Avropanın ən sürətli dolum xətlərindən birinə malikik. Bu xəttin əlavə olunması ilə zavodun ümumi gündəlik tutumu artaraq 4,5 milyon qutuya çatmışdır. Bu il zavodda tamamilə avtomatlaşdırılacaq və 32 min palet tutuma malik, seçilmiş malların insan əli dəymədən saxlanılmasına və yüklənməsinə imkan verən avtomatik bir anbar istifadəyə veriləcək”. Qeyd edək ki, Macarıstan məhsulu olan HELL ENERGY iş qabiliyyətinin optimallaşdırılmasına və gümrah qalmağa kömək edən eneji içkisidir.