Sonsuzluq, bütün dünyada bir çox xəstəlik səbəbi ilə 60-80 milyon cütlüyə təsir edən sağlamlıq problemidir. Cütlüklərin təxminən 100-də 40-da sonsuzluğun səbəbi kişi faktorudur. Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, Türkiyəli mütəxəssis Necmettin Penbegül, kişi sonsuzluğunun səbəbləri və müalicə əsnasında qidalanma aktorunun vacibliyi haqqında məlumatlar verib. Piylənmə və yağlı qidalanma sperma quruluşunu pozur. Trans yağ asidləri və doymuş yağların seçimi maddələr mübadiləsinə mənfi təsir edir. Bu da sonsuzluğa yol açır. Sağlam qidalanma sonsuzluq müalicəsinin bir parçasıdır. Sosis, kolbasa və bu qəbilədən olan qidalar sperma keyfiyyətinə mənfi təsir göstərir. Aşağıdakı qidalar sonsuzluğun həlli üçün əsasdır: - Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları; - Süd və süd məhsulları; - Balıq və xüsusilə soyuq dəniz balıqları; - Antioksidanlarla zəngin meyvə və tərəvəzlər; - Buğda məhsulları; - Yer fıstığı kimi yağlı qidalar. (Hekimtap.az)