
Mütəxəssislər bildirir ki, liflə zəngin qidaların gündəlik rasionda kifayət qədər yer alması sağlamlığın qorunması üçün vacibdir.
Foodinfo.az tərəvəzlər, meyvələr, tam taxıllar, paxlalılar və quru meyvələr əsas lif mənbələri hesab olunur.
– Həzm sisteminə təsiri
Lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və sağlam həzm prosesini dəstəkləyir.
– Çəkini tənzimləyir
Lifli qidalar uzun müddət toxluq hissi yaradır. Bu isə arıqlamaq və artıq çəkinin qarşısını almaqda mühüm rol oynayır.
– Qan şəkərini sabit saxlayır
Mütəxəssislərin sözlərinə görə, lif karbohidratların qana daha yavaş sorulmasına səbəb olur. Bu xüsusilə şəkər xəstələri üçün faydalıdır.
– Xolesterolu azaldır
Həll olan liflər qanda “pis” xolesterolu (LDL) aşağı salaraq ürək-damar xəstəliklərinin riskini azaldır.
– Bağırsaq sağlamlığını qoruyur
Lif bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını dəstəkləyir və immun sistemini gücləndirir.
Mütəxəssislər tövsiyə edir ki, hər gün yetkin bir insan ən azı 25–30 qram lif qəbul etməlidir. Bunun üçün gündəlik rasiona daha çox meyvə, tərəvəz və tam taxıllı məhsullar əlavə etmək məsləhətdir.