
Mayonezdən zəhərlənmə əsasən bakteriya çoxalması və saxlama şəraitinin düzgün olmaması səbəbindən baş verir.
Foodinfo.az xəbər verir ki, evdə hazırlanan mayonezlərdə çiğ yumurta olduğu üçün Salmonella bakteriyası riski var. Xüsusilə isti havada və düzgün saxlanmadıqda bakteriyalar sürətlə çoxala bilər.
Hamilələr, uşaqlar və immun sistemi zəif insanlar çiy yumurtalı mayonez istehlak edərkən diqqətli olmalıdır.
Mayonezli salatlar və ya sendviçlər uzun müddət otaq temperaturunda qaldıqda bakteriyalar çoxalır.
İsti havada açıq havada saxlanılan mayonezli yeməklər 1-2 saat ərzində təhlükəli hala gələ bilər.
Supermarket mayonezləri pasterizə olunsa da, istifadə müddəti keçdikdə zəhərlənmə riski artır.
Mayonez qabına çirkli qaşıq salmaq və ya əllə toxunmaq bakteriyaların artmasına səbəb ola bilər.
Mayonez zəhərlənməsinin əlamətləri nələrdir?
- Qarın ağrısı
- Ürəkbulanma və qusma
- İshal
- Hərarət və titrətmə
- Baş ağrısı və halsızlıq
Bu əlamətlər mayonez yedikdən 2-6 saat sonra görünə bilər. Mayonez zəhərlənməsinin qarşısını almaq üçünn, evdə mayonez hazırlayarkən təzə və pasterizə olunmuş yumurta istifadə edin. Soyuducuda 4°C-dən aşağı temperaturda saxlayın.
İsti mühitdə 1 saatdan çox qalmış mayonezli yeməkləri yeməyin.