
Qəhvə dünya üzrə ən çox istehlak edilən içkilərdən biridir. Lakin çoxları bu içkinin zərərli olduğunu düşünür. Foodinfo.az MedikForum.ru saytına istinadən xəbər verir ki, mütəxəssislər qəhvənin sağlamlığa təsirini açıqlayıblar.
Ən faydalı qəhvə növü filtrdən keçirilmiş qəhvədir. Bununla belə, əgər qəhvə təzə hazırlanırsa, onun tərkibində faydalı maddələr daha çox olur. Əksər mütəxəssislər espresso ilə bir neçə dəfə qaynadılmış qəhvənin zərərli olduğunu bildirirlər, çünki bu cür qəhvə tərkibindəki antioksidantları itirir.
Mütəxəssislər həmçinin qəhvənin həddindən artıq istehlakının ürək xəstəliklərinə və hətta qastridə səbəb ola biləcəyini bildirirlər. Qəhvə içərkən çoxlu şəkər və ya süd əlavə etməmək tövsiyə olunur, çünki bu, onun faydalı xüsusiyyətlərini azalda bilər.