
İtaliyada aşpazlar yumurtanı bərabər şəkildə bişirmək üçün daha yaxşı üsul hazırlayıblar ki, sarısı gözəl qaymaqlı konsistensiyaya malik olsun, ağı isə çox sulu olmasın. Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, alimlər bu məqsədlə 300 toyuq yumurtasından istifadə ediblər.
Lakin alimlərin metodunun əhəmiyyətli bir çatışmazlığı var: mükəmməl qaynadılmış yumurta əldə etmək üçün ona tam 32 dəqiqə sərf etmək lazımdır. Bu vəziyyətdə, sadəcə gözləməli deyil, bir sıra hərəkətləri yerinə yetirməli olacaqsınız.
Qaynar suya və soyuq suya ehtiyacınız olacaq. Yumurta əvvəlcə qaynar suya qoyulmalı, iki dəqiqə sonra isə soyuq suya. Hərəkətlər 32 dəqiqə ərzində ardıcıl şəkildə yerinə yetirilməlidir.
Müəlliflərin fikrincə, bu bişirmə üsulu ənənəvi üsullarla müqayisədə daha çox qida maddələrini saxlayır.