Foodinfo.az çiyələkli keks reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

- 2 ədəd yumurta  

- 1 stəkan şəkər tozu  

- ½ stəkan duru yağ  

- ½ stəkan süd  

- 2 stəkan un  

- 1 paket qabartma tozu (10 q)  

- 1 paket vanilin  

- 1 stəkan doğranmış çiyələk  

Hazırlanma qaydası:

1. Yumurtaları dərin bir qaba əlavə edib şəkərlə birlikdə ağarana qədər mikserlə çalın.  

2. Üzərinə duru yağı və südü əlavə edib qarışdırın.  

3. Un, qabartma tozu və vanilini ələkdən keçirib qarışıma əlavə edin, yavaş-yavaş qarışdırın.  

4. Doğranmış çiyələkləri una batırıb xəmirə əlavə edin (bu, çiyələklərin dibə çökməsinin qarşısını alır).  

5. Qarışımı yağlanmış və ya perqament kağızı sərilmiş qəlibə tökün.  

6. 170°C-də təxminən 30-40 dəqiqə bişirin. Çöplə yoxlayın, çöp təmiz çıxırsa, keks hazırdır.

7. Keksi sobadan çıxarıb bir az soyumağa qoyun, üzərinə şəkər pudrası da səpə bilərsiniz. Nuş olsun!