
Rəndələnmiş limon qabığını düzgün saxladıqda uzun müddət istifadə etmək mümkündür. Foodinfo.az bunun üçün bir neçə üsul təqdim edir:
- Rəndələnmiş limon qabığını hava keçirməyən kiçik bir qabda və ya zip-paketdə saxlayın.
- 2-3 gün ərzində istifadə etməyə çalışın, çünki təravətini tez itirə bilər.
- Rəndələnmiş limon qabığını buz qablarına qoyub üzərinə az miqdarda su və ya limon suyu əlavə edə bilərsiniz.
- Donduqdan sonra buz kublarını bir zip-paketə yığıb dondurucuda saxlayın. Bu üsulla rəndələnmiş limon qabığı 6 aya qədər təzə qalır və istədiyiniz zaman istifadə edə bilərsiniz.
- Limon qabığını nazik qat şəklində kağız dəsmal üzərinə sərib 2-3 gün qurudun. Tamamilə quruduqdan sonra şüşə banka və ya hava keçirməyən qabda saxlayın. Bu cür 6 aya qədər istifadə etmək mümkündür.
- Rəndələnmiş limon qabığını şəkər və ya duz ilə qarışdırıb quru bankada da saxlaya bilərsiniz. Onları şirniyyat, içki və yeməklərə xüsusi ləzzət qatmaq üçün istifadə etmək olar.