Göbələyi yuyarkən suyu sürətlə udduğu üçün bəzi mənbələr göbələkləri yumaqdan çəkinməyi tövsiyə edir. Foodinfo.az xəbər verir ki, göbələklər təbii süngər kimi suyu tez çəkir, bu da onların dad və toxumasına təsir edə bilər.
Suyu udduqca göbələk özünəməxsus dadını və aromasını itirərək yeməklərdə istənilən ləzzəti verməyə bilər.
Göbələk suyu çəkdikdə toxuması yumşalır və yeməklərdə lazımi şəkildə qızarmır, həddindən artıq yumşaq və dağılmış vəziyyətə gəlir.
Göbələkləri yumaq əvəzinə, onları nəmlənmiş kağız dəsmal ilə silmək və ya yumşaq bir fırça ilə təmizləmək məsləhətdir. Ancaq çox çirkli olan göbələkləri tez yuyub dərhal qurutmaq da mümkündür.