2-ci tip şəkərli diabet və ya insulin müqaviməti diaqnozu qoyulanların pəhrizlərini izləmək lazımdır. Foodinfo.az Hibiny.ru-ya istinadən xəbər verir ki, həkim Vladimir Didenko pəhrizinizə mütləq əlavə edilməli olan bir məhsulun adını çəkib. Bu tərəvəzin tərkibində çoxlu vitaminlər olduğuna görə şübhəsiz faydaları var.

Söhbət qırmızı kələmdən gedir. Tərkibində təkcə K, C, B6 vitaminləri deyil, həm də manqan və lif var. Bu tərəvəzin insan orqanizminə antioksidant təsiri var.

Aşağı karbohidratlı olduğuna görə, kələmdən istifadə edərək müxtəlif yeməklər hazırlaya bilərsiniz.

Ekspertin fikrincə, parlaq yarpaqlı kələmin sərt başlarını seçmək lazımdır. Soyuducuda kələm qida maddələrini qorumaq üçün bükülərək saxlanmalıdır.