Alma vitaminlərlə zəngin ən faydalı meyvələrdəndir. 85%-i su olsa da, tərkibində təxminən 30 vitamin və mineral, 150 aktiv bitki maddəsi və cəmi 60 kalori var. Lakin hansını seçmək daha məsləhətlidir: turş yaşıl alma, yoxsa şirin qırmızı?
Foodinfo.az xəbər verir ki, daha çox qidalandırıcı maddə qəbul etmək istəyirsinizsə, qırmızı alma növlərinə üstünlük verməlisiniz.
Onların tərkibində antosian yaşıl almalardakından xeyli çoxdur. Bu maddə damar sağlamlığını qoruyur, oksidləşdirici stress zamanı meydana gələn və hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olan sərbəst radikalları birləşdirir.
Qırmızı alma, həmçinin, yüksək miqdarda polifenol ehtiva edir ki, bu da qan təzyiqini aşağı salır, iltihab əleyhinə və antioksidant təsirə malikdir.