Soyuqlar dövründə və günün qısa olduğu dönəmlərdə bir çox insanın əhvalı pisləşir.  Belə olan halda emosional vəziyyəti yaxşılaşdırmaq üçün parlaq rəngli məhsulları qida rasyonumuza əlavə etməliyik. 
Foodinfo.az bu barədə Almatıdan olan həkim Ulbosın Amirkenovun fikirlərini təqdim edir. “Məsələn, qırmızı ürəyinizi qoruyacaq. Çünki çili bibəri və pomidorun tərkibində olan likopin ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Portağal (portağal, naringi, kök) saçın, dırnaqların və dərinin gözəlliyini qoruyacaq. Tərəvəz və meyvələr rəngini müxtəlif karotinoid piqmentlərinə borcludur. Bunlardan ən məşhuru bədəndə dəri və dırnaqlar üçün faydalı olan A vitamininə çevrilən beta-karotindir”, - deyə həkim bildirib.

Leyla