Şalğam suyu arıqlamaq üçün birbaşa təsir göstərməsə də, dolayısı ilə faydalı ola bilir.
Foodinfo.az xəbər verir ki, şalgam suyu aşağı kalorili, lif baxımından zəngin və qidalandırıcı maddələrlə dolu bir içkidir. Bu xüsusiyyətlər onu arıqlama pəhrizlərinə uyğun bir seçim edir. Lif tərkibi toxluq hissi verir, bu da iştahı azaltmağa və daha az yemək yeməyə kömək edir.
Ancaq tək başına şalğam suyunun arıqlamağa səbəb olacağını düşünmək doğru deyil. Sağlam arıqlama üçün balanslı qidalanma, fiziki aktivlik və kifayət qədər su içmək əsas rol oynayır.
Şalğam suyunu bu çərçivədə bir dəstək olaraq istifadə etmək olar, lakin yüksək natrium (duz) tərkibi olan şalğam suyunun çox miqdarda qəbulundan qaçınmaq da vacibdir, çünki bu bədəndə su yığılmasına səbəb ola bilər.