
Çuğundur bəkməzi dəmir, vitaminlər və antioksidantlarla zəngin bir qidadır. Foodinfo.az xəbər verir ki, bu bəkməz, xüsusilə qan azlığı (anemiya) olan insanlar üçün faydalıdır, çünki dəmir və fol turşusu ilə qan hüceyrələrinin istehsalını artırır.
- Qan dövranını yaxşılaşdırır. Qan təzyiqini tənzimləyərək ürək-damar sağlamlığını dəstəkləyir.
- Enerji verərək yorğunluğu azaldır və bədəni gücləndirir.
- Həzm sistemini yaxşılaşdırır. Bağırsaq hərəkətini sürətləndirir, qəbizliyi azaldır.
- İmmuniteti gücləndirir. Antioksidantlarla zəngindir və bədəni xəstəliklərdən qoruyur.
İstifadə qaydası: Gündə 1-2 yemək qaşığı səhər acqarına udmaq və ya ilıq su ilə qarışdırıb içmək məsləhətdir. Lakin şəkərli diabeti olanlar həkimlə məsləhətləşməlidir.