Latın dilində “Phoenix datcylifera” olan xurma isti iqlimlərdə yetişən həm təzə, həm də qurudulmuş formada istifadə edilən sağlamlığa faydalı meyvədir. Foodinfo.az bildiri ki, xurmanın meyvə kimi yeyilməsiylə yanaşı şirə konsentratı, şərbəti, bəkməzi, marmeladı da insanlar tərəfindən sevilir. Bildiyimiz kimi, son zamanlarda hazır qida məhsullarında şəkər əvəzedicilərinin tətbiqi çoxalır.

Bu baxımdan xurmanın içində olan 44-88 % dəyərindəki şəkər bu istifadəni dəstəkləyir. Həmçinin tərkibində yüksək şəkər olmasına baxmayaraq, anidən qan şəkərini yüksəltməməsi də onun istehlakının artmasına gətirib çıxarır. Xurma başda kalium olmaqla kalsium, maqnezium və dəmir elementləri ilə zəngindir. Dəmir və mineral tərkibli xurmanın doğuş və ondan sonrakı mərhələni yüngülləşdirdiyi, qanaxmanı azaltdığı da xüsusi olaraq qeyd edilməlidir.

Uşaq dünyaya gətirən qadınlarda süd ifrazının artması üçün xurma kompotunun verilməsi həm təbii, həm də əlavə şəkər olmamasını nəzərə alaraq bu müddəti daha sağlam keçirməsinə səbəb şərait yaradır və sürətli çəki artımının qarşısını alır. Bununla yanaşı, bir çox meyvələrdən fərqli olaraq xurmanın tərkibində protein və 23 növ amin turşusu mövcuddur. Həmçinin sağlamlığa faydasıyla bilinən pektin 0,5-3,9 %-i xurmada var.

Xurmanın həzmə müsbət təsir göstərməsi, antioksidant xüsusiyyətinə malik olması, mədə yarasını sağaltması, immun sistemini gücləndirməsi, tərkibində olan minerallar nəticəsində sümükləri möhkəmləndirməsiylə yanaşı gözəllik sektorunda yaşlanma əleyhinə kremlərin istehsalında da istifadə olunur. Eyni zamanda müxtəlif növ xərçəng və ürək-damar xəstəliklərinin qarşısını almaqda önəmli rol oynayır.

 

 

Nərmin