
Uzun müddət tox saxlayan və eyni zamanda bədəni enerji ilə təmin edən qidalar pəhrizdə aclıq hissini azaldır, qan şəkərini sabit saxlayır və həddindən artıq yeməyin qarşısını alır.
Yumurta
Yumurta zülal baxımından zəngindir, həmçinin B vitaminləri ilə toxluq hissini uzadır. Xüsusilə səhər yeməyində qəbul ediləndə gün ərzində daha az kalori almağa kömək edir.
Avokado
Tərkibindəki sağlam yağlar və lif sayəsində avokado həzm prosesini yavaşladır və toxluq hissini artırır. Qan şəkərini stabilləşdirir, bu da acıqlıq hissini gecikdirir.
Yulaf
Yulaf həll olunan liflərlə zəngindir, bu da mədədə jel halına gəlib boşalmanı gecikdirir. İnsulin səviyyəsini tənzimləyərək qəfil aclıq hissini azaldır.
Qoz-fındıq
Sağlam yağlar, zülal və lif bu çərəzləri güclü toxluq verən qidalardan edir. Az miqdarda belə enerji verir və iştahı azaldır. Amma miqdarına diqqət edin, çünki kalorisi çoxdur. 1 ovuc kifayətdir.
Tərəvəzlər
Tərəvəzlər su və liflə zəngindir, bu da mədəni doldurur. Az kalorilidir, doyğunluq yaradır və çəki artımına səbəb olmur.
Bu qidaları zülal, lif və sağlam yağ balansı ilə birlikdə qəbul etsəniz, daha uzun müddət tox qala bilərsiniz.