Tərəvəzləri düzgün saxlamaq onların təzə qalmasına kömək edir. 

Foodinfo.az xarici KİV-ə istinadən bildirir ki, bəzi tərəvəz və meyvələri soyuducuda saxlamaq lazımdır. Bəzilərini isə soyuducuya qoymadan öncə tam yetişməsini gözləmək lazımdır. Bununla belə, bəziləri otaq temperaturunda və ya sərin, quru yerdə ən yaxşı şəkildə saxlanıla bilər.

1. Yarpaqlı tərəvəzlər yuyulub quru solfetə bükülərək qabda və ya ağzıbağlı plastik qabda soyuducuda saxlanılsa, uzun müddət təzə qalar.

Kahı, çuğundur yarpağı, kələm və ispanağı belə saxlaya bilərsiniz.

Həmçinin yarpaqlı tərəvəzlər evə gətirən kimi yuyulub saxlanılsa, istifadə edildiyi zaman daha asan olar.

2. Balqabaq və kökümeyvəli( turp, çuğundur, kök və s.) tərəvəzləri soyuducudan kənarda, şkaf və ya zirzəmi kimi sərin, qaranlıq və quru yerdə saxlamaq lazımdır.

3. Pomidorları təzə saxlamaq üçün onları günəş işığından uzaq və otaq temperaturunda saxlamalı. Bu onların bərabər şəkildə yetişməsinə kömək edəcək. Yetişdikdən sonra onları soyuducuya qoymaq olar .

4. Bəzi tərəvəzləri donduraraq da saxlamaq olar. Tərəvəzləri evdə dondurmaqla bütün il boyu yay tərəvəzlərindən həzz almaq olar. Tərəvəzlərin əksəriyyəti dondurulmadan öncə 1-2 dəqiqə qaynatmaq lazımdır. Qaynadıldıqdan sonra buzlu suda saxlanılsa, tərəvəzlərin donmasının qarşısı alınar.

Dondurulmuş tərəvəzlər bu şəkildə bir ilə qədər saxlanıla bilər. Lakin utmayaq ki, dondurma artişok(ənginar), badımcan, kahı, kartof ( püresi istisna olmaqla), turp üçün tövsiyə edilmir.