Toksinlər canlıların həyat fəaliyyətlərindən sonra formalaşan və ya qida və digər vasitələrlə orqanizmimizə daxil olan zəhər də demək olar. Onlar qidalanma, tənəffüs və ya fiziki təmasla bədənimizə daxil ola bilərlər. 


Bu barədə Foodinfo.az “CNNTürk”ə istinadən xəbər verir. 


Toksinlər canlılara ağır zərər vurmaq qabiliyyətinə sahib olsalar da, orqanizmdən çıxarılması asandır. Bunun üçün müxtəlif üsullar vardır. Xüsusən bəzi bitki və qida maddələri ilə toksinləri xaric etmək mümkündür. 


Birinci şərt tez-tez su içməkdir. Şəkər və dadlandırıcılardan uzaq durmaq da vacibdir. Həmçinin qidalanmamıza bibəriyyə otu, pomidor, zəncəfil, çuğundur kimi məhsulları əlavə etməliyik.

Nurlan